EN

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “BMW” markalı, 90-BY-008 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Qarayev saxlanılıb.

İdarədən AZƏRTAC-a verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı İ.Qarayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Qarayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.

Chosen
13
26
yeniazerbaycan.com

10Sources