EN

İtaliya futbolunda tarixi rekord: 82 yaşlı qapıçı yenidən meydanda

Apenin futbolunda misilsiz hadisə yaşanıb — 7-ci divizion təmsilçisi “Trevana”nın 82 yaşlı qapıçısı Lamberto Borangu rəsmi matça çıxaraq dünyanın ən yaşlı futbolçusu kimi tarixə düşüb.

"Ölkə.az" xəbər verir ki, veteran futbolçu oyunun ilk hissəsini tam oynayıb. Komanda 0:10 hesabı ilə uduzsa da, Borangu bir neçə epizodda qapını möhtəşəm xilas edərək azarkeşlərin alqışını qazanıb.

Borangu peşəkar futbola 1961-ci ildə “Peruca” klubunda başlayıb, daha sonra “Fiorentina”, “Çezena” və “Parma” kimi tanınmış komandalarda çıxış edib. Karyerasını 1993-cü ildə başa vurub, amma idmandan uzaqlaşmayıb — uzununa tullanma üzrə İtaliya çempionatının dördqat qalibidir.

82 yaşda meydana çıxması Borangunun futbola dördüncü qayıdışıdır — o, daha əvvəl 2009, 2015 və 2019-cu illərdə də geri dönmüşdü. Bu dəfəki oyunla o, əvvəlki rekordçu — 79 yaşında oynayan avstraliyalı Devid Madjun göstəricisini rəsmi olaraq yeniləyib.(musavat.com)

Chosen
38
37
olke.az

10Sources