AZ

Muzeydə İNSİDENT: Məmur 100 illik vitrajı MƏHV ETDİ – VİDEO

İtaliyada məmurun səhlənkarlığı bahaya başa gəlib, 100 illik vitraj pəncərə sınıb.

İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

Roma şəhərində yerləşən Palazzo Piacentini muzeyində nadir vitraj pəncərəsi məhv edilib.

Sardi­niya şəhər şurasının üzvü Emanuele Kani pilləkəndə büdrəyərək sürətlə vitrajlı pəncərəyə çırpılıb.

Üstəlik, özü ciddi xəsarət almasa da, 100 illik tarixi vitraj tamamilə dağılıb və bərpası mümkün deyil.

Hadisə muzey rəhbərliyi və bərpaçıların ciddi narahatlığına səbəb olub.

Qədim vitraj çoxdandır qorunan eksponatlar sırasında idi və onun itirilməsi şəhərin mədəni irsinə ciddi zərbə kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
58
37
interpress.az

10Mənbələr