AZ

Metro tikintisində çökmə oldu – YARALANANLAR VAR (VİDEO)

İstanbulun Beşiktaş rayonunda aparılan metro tikinti işləri zamanı ciddi çökmə hadisəsi qeydə alınıb.

KONKRET.az-ın Musavat.com-a istinadən məlumatına görə, qəza baş verən əraziyə dərhal xilasedici qruplar, xüsusi texnika və tibbi yardım briqadaları cəlb olunub. Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və tikinti sahəsinə giriş məhdudlaşdırılıb.

Hadisə nəticəsində bir neçə işçinin xəsarət aldığı bildirilir. Yaralıların vəziyyəti ilə bağlı dəqiqləşdirilmiş məlumat verilməsə də, onların xəstəxanalara aparıldığı, həkimlərin zəruri tibbi yardım göstərdiyi qeyd olunur. Çökmənin səbəbləri araşdırılır, ilkin ehtimallara görə, torpaq sürüşməsi və ya dayaqlarda yaranan problem qəzanı törədə bilər.

Rəsmi qurumların hadisə ilə bağlı açıqlama yayacağı gözlənilir.

Seçilən
64
37
konkret.az

10Mənbələr