EN

Məşhur şirkət süni intellektə 40 milyard dollar sərmayə qoyur

“Google” şirkəti 2027-ci ilədək süni intellekt və bulud texnologiyalarına 40 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Publika.az xəbər verir ki, investisiya ABŞ-ın Texas ştatında sərf ediləcək.

Şirkətdən bildirilib ki, layihə çərçivəsində ştatda yeni data mərkəzi inşa olunacaq. “Google” bu yolla növbəti 15 il ərzində ştatda üstün mövqeyini qoruyub-saxlayacaq.

Chosen
8
2
publika.az

7Sources