EN

Gədəbəydə Kamaz 07 və 04 ə çırpıldı Xəsarət alanlar var

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Gədəbəydə yük avtomobillinin iştirakı ilə zəncirvari qəza olub. Avtosfer.az-ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Hərəkətdə olan "Kamaz" markalı yük maşını idarəetmədən çıxaraq "VAZ 2107" və "VAZ 2104" markalı minik avtomobillərinə çırpılıb. Qəzada 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Xəsarət alanlar 1967-ci il təvəllüdlü O.İbrahimov və 2000-ci il təvəllüdlü Ç.Yolçiyevdir. Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
50
avtosfer.az

10Sources