EN

Samuxda “Mercedes” markalı yük avtomobili yandı

Samux rayonunun Alıuşağı kəndində “Mercedes” markalı yük avtomobilinin mühərriki və yük hissəsinə yığılan 800 kiloqram kömürün 300 kiloqramı yanıb. 

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Kömürün və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
22
10
redaktor.az

10Sources