Abşeronda yol qəzası nəticəsində piyada həyatını itirib.
Paralel.az xəbər verir ki , hadisə “Təzə yol” adlanan ərazidə qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu keçən piyadanı vurub. Zərbənin təsirindən ağır xəsarət alan piyada hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. (Apa.az)