AZ

Abşeronda maşın piyadanı vurub öldürdü

Abşeronda yol qəzası nəticəsində piyada həyatını itirib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə “Təzə yol” adlanan ərazidə qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu keçən piyadanı vurub. Zərbənin təsirindən ağır xəsarət alan piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. 

Seçilən
10
6
manset.az

7Mənbələr