AZ

Abşeronda maşın piyadanı vurub öldürdü

Abşeronda yol qəzası nəticəsində piyada həyatını itirib.

Bizim.Media xəbər verir ki, hadisə “Təzə yol” adlanan ərazidə qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu keçən piyadanı vurub. Zərbənin təsirindən ağır xəsarət alan piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. (Apa.az)

Bizim.Media

Seçilən
11
6
bizim.media

7Mənbələr