EN

DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan millisi Bakıda Fransaya məğlub olub - YENİLƏNİB - 4

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində sonuncu oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, D qrupunda mübarizə aparan komanda Bakıda Fransa yığması ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 4-cü dəqiqədə millimizin heyətində Renat Dadaşov açıb. Rəqibin heyətində Jan-Filipp Mateta və Akliuş fərqləniblər. Üçüncü qolda isə Şahruddin Məhəmmədəliyev avtoqol müəllifi olub.

Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edib.

Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsini 1 xalla 4-cü pillədə başa vurub. Xallarını 16-ya çatdıran Fransa millisi turnir cədvəlini birinci yerdə bitirib.

21:51

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin VI turu çərçivəsində keçirilən Azərbaycan - Fransa oyununda dördüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 45-ci dəqiqəsində Şahruddin Məhəmmədəliyev avtoqol müəllifi olub.

21:36

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin VI turu çərçivəsində keçirilən Azərbaycan - Fransa oyununda üçüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 30-cu dəqiqəsində rəqibin heyətində Akliuş diqqət mərkəzinə düşüb.

Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edir.

21:24

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin VI turu çərçivəsində keçirilən Azərbaycan - Fransa oyununda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 17-ci dəqiqəsində rəqibin heyətində Jan-Filipp Mateta fərqlənib.

Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edir.

21:06

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin VI turu çərçivəsində keçirilən Azərbaycan - Fransa oyununda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 4-cü dəqiqəsində komandamızın heyətində Renat Dadaşov fərqlənib.

Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edir.

21:00

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin VI turu çərçivəsində keçirilən Azərbaycan - Fransa oyunu başlayıb.

AZƏRTAC xəbər ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:00-da start götürüb.

Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edir.

Chosen
17
45
yeniazerbaycan.com

10Sources