AZ

DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan millisi Fransaya Bakıda da uduzdu -YENİLƏNİB, VİDEO/ FOTO

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində sonuncu oyununu keçirib.

 

Senzor.az bildirir ki, D qrupunda mübarizə aparan komanda Bakıda Fransa yığması ilə qarşılaşıb. 

 

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 4-cü dəqiqədə millimizin heyətində Renat Dadaşov açıb. Rəqibin heyətində Jan-Filipp Mateta və Akliuş fərqləniblər. Üçüncü qolda isə Şahruddin Məhəmmədəliyev avtoqol müəllifi olub.

 

Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edib.

  

Qeyd edək ki, milli komandamız Fransa seçməsinə ilk oyunda səfərdə də məğlub olmuşdu - 0:3.

 

Azərbaycan yığması qrup mərhələsini 1 xalla 4-cü pillədə başa vurub. Xallarını 16-ya çatdıran Fransa millisi turnir cədvəlini birinci yerdə bitirib.

 


**11:08


Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

 

Senzor.az bildirir ki, D qrupunda mübarizə aparan komanda Bakıda Fransa yığması ilə qarşılaşacaq. 

 

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edəcək.

 

Qeyd edək ki, 13 xalı olan Fransa millisi DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması isə 1 xalla 4-cü pillədə qərarlaşıb.

 

Seçilən
31
45
senzor.az

10Mənbələr