EN

Azərbaycan və Mərkəzi Asiya ölkələri strateji əhəmiyyətə malik geosiyasi məkan formalaşdırır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələr yüksələnxətlə inkişaf edir. Özbəkistanın paytaxtı Daşkənddə keçirilənMərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü tarixihadisə kimi yadda qaldı. Dövlət başçısı İlham Əliyevin ÖzbəkistanPrezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya DövlətBaşçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün bu ölkəyəsəfəri, həmçinin Prezident İlham Əliyevin tədbirdəki çıxışı, qəbulolunan qərarlar, imzalanan sənədlər hazırda ölkə və dünyamətbuatında geniş şərh edilir. Ölkəmizin Mərkəzi Asiyaplatformasında tamhüquqlu iştirakçı statusu qazanması xaricisiyasətimizin növbəti uğurudur. Bu qərarın perspektivləri MərkəziAsiya ölkələrinin dövlət başçılarının çıxışlarında da xüsusi qeydedildi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanıntamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət BaşçılarınınMəşvərət Görüşü formatına qoşulması ilə bağlı qəbul edilən qərarıqeyd edərək bu əminliyi ifadə etdi ki, Mərkəzi Asiya ilə CənubiQafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıqməkanının formalaşmasına yol açacağıq. Bu, hər iki regionunstrateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək.Həmrəyliyin gücləndirilməsi Mərkəzi Asiyanın beynəlxalq mövqeyininmöhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir.“Mərkəzi Asiya +” formatlarının qarşılıqlı fəaliyyəti güclənib.Azərbaycanın bu formata qoşulması ilə regionumuzun qlobal miqyasdasəsi daha əhəmiyyətli olacaq. Qırğız Respublikasının PrezidentiSadır Japarov ölkəsinin Azərbaycanın tamhüquqlu üzv qismindəMəşvərət görüşləri formatına qoşulması təşəbbüsünü dəstəklədiyinivurğulayaraq qeyd etdi ki, qardaş Azərbaycanın iştirakı iləformatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusiləbeynəlxalq tranzit, logistika və energetika sahələrində yeniimkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Tacikistan PrezidentiEmoməli Rəhmon bildirdi ki, məkanımız beynəlxalq və regionalproseslərin mühüm iştirakçısının timsalında öz əhəmiyyətini inamlaartırır. Bu, balanslaşdırılıb və region ölkələrinin artanmaraqlarının inkişafına səyləri nümayiş etdirir. TürkmənistanPrezidenti Sərdar Berdiməhəmmədov dövlətimizin başçısınaAzərbaycanın tamhüquqlu iştirakçı qismində Məşvərət görüşlərinəqoşulması münasibətilə təbriklərini çatdırdı. Qəbul olunan qərar,həmçinin bu qərarın yüksək dəyərləndirilməsi, Azərbaycanıngələcəkdə bu əməkdaşlıq formatına böyük töhfələr verəcəyi ilə bağlısəsləndirilən əminlik bir daha ölkəmizin artan beynəlxalqnüfuzunun, qlobal proseslərdə söz sahibliyinin göstəricisidir.Azərbaycanın beynəlxalq əməkdaşlığa töhfələri davamlıdır. Xaricisiyasətimizin əsas tərkib hissələrindən biri ikitərəfli vəbeynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulması və yeniprioritetlər üztə inkişaf etdirilməsidir. Azərbaycanın MərkəziAsiya Dövlət Başçılarının Məşvərət Görüşününə tamhüquqlu iştirakçıkimi qəbul edilməsi dövlətimizin xarici siyasət uğurlarının əsastərkib hissələrindəndir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan və MərkəziAsiya artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilir. Tarixi,mədəni, mənəvi əlaqələrimiz siyasi mərkəz halına gəlir. MərkəziAsiya artıq beş ölkə deyil, Azərbaycan da Mərkəzi Asiyanın tərkibhissəsi, əməkdaşlıq və məşvərətçi formatın tamhüquqlu üzvüdür.Bundan sonra Azərbaycan Mərkəzi Asiya çərçivəsində keçiriləngörüşlərdə dövlət, hökumət başçıları, nazirliklər, dövlət vəictimai təşkilatlar səviyyəsində iştirak edəcək. Bu, Azərbaycanınyerləşdiyi Cənubi Qafqazı inkar etmir. Ölkəmiz həm Cənubi Qafqazplatformasında fəaliyyətini davam etdirir, həm də Mərkəzi Asiyaistiqamətində fəaliyyətini genişləndirir. Dövlət başçısı İlhamƏliyev sözügedən tədbirdə çıxışında “Azərbaycanla Mərkəzi Asiyadövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Biziçoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq,həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq,həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yenidinamika bəxş etmişik” söyləyərək bu əminliyi də ifadə etdi ki,Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlıfəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobalmiqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi vəgeoiqtisadi regiondur. Biz müxtəlif beynəlxalq təşkilatlarçərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərinidəstəkləyir, qlobal və regional problemlərin həllində ümumiyanaşmalar işləyib hazırlayırıq. Azərbaycanın Mərkəzi Asiyaölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görəhəmkarlarına təşəkkür edən Prezident İlham Əliyev vurğuladı ki, buqərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir dahatəsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın vəqarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcək. Göründüyükimi, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının daha da möhkəmlənməsiyalnız tərəflərə deyil, bütövlükdə regionun maraqlarına xidmətedir.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevçıxışında Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı inkişafsəviyyəsindən, həmçinin Azərbaycan-Mərkəzi Asiya ölkələriəlaqələrindən geniş bəhs etdi. Dövlətimizin başçısı çıxışında dadost, qardaş dəstəyinə, Qarabağımızın və Şərqi Zəngəzurumuzunbərpasına verdikləri töhfələrə diqqəti yönəldərək bildirdi ki,artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazıadına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyətgöstərir. Bu, özbək, qazax və qırğız qardaşlarımızınhədiyyələridir. Bu ilin oktyabrında Füzulidə Türkmənistanınqardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyuldu.Bütün bunlar qardaşlığımızın və həmrəyliyimizin sübutu kimiqədirbilən Azərbaycan xalqının yaddaşında qalacaqdır.

Milli Məclisin deputatı qeyd edib ki, bu gün Azərbaycan vəMərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında körpüdür. Dövlətbaşçısı İlham Əliyev çıxışında bu məsələyə xüsusi diqqət yönəltdivə bildirdi ki, Orta Dəhlizin inkişafı ölkələrimiz üçün stratejiəhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturununmüasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması vərəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcmininartırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalqbazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlaraçır. Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar90 faiz artıb. Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyontona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu,doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti vədigər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirib.Bu əminlik ifadə edildi ki, Azərbaycanın əsas hissəsini onunNaxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilinavqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalqdaşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfəverəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaqüzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinəmalik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək.

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, Azərbaycanınregionda və dünyada möhkəmlənən mövqeyi yeni əməkdaşlıqformatlarının yaradılmasını şərtləndirir. Azərbaycan Şərqlə Qərbinqovuşağında yerləşən ölkə olaraq həm coğrafi mövqeyi, həm də malikolduğu təbii resurslardan səmərəli istifadə edərək iştirakçısı vətəşəbbüscüsü olduğu enerji və nəqliyyat layihələri ilə ölkələr,xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Dövlətbaşçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və MərkəziAsiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi,mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Bu gün Xəzərdənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəlxalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixiəməkdaşlığının rəmzidir.

Məqalədə:
Chosen
43
50
az.trend.az

10Sources