15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-15) Moldovanın keçiriləcək UEFA İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 18-dən 24-dək Moldovanın paytaxtı Kişinyovda keçiriləcək UEFA İnkişaf Turnirində mübarizə aparacaq. Komandamız turnir çərçivəsində 3 oyun keçirəcək. Azərbaycan millisi Monteneqro, Bolqarıstan və Moldova yığmaları ilə üz-üzə gələcək.
U-15-in yekun heyətini və UEFA İnkişaf Turnirindəki oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
- Oqtay Mehrəliyev – Qarabağ
- Daniel Bayramari – Qəbələ
- Raul Əliyev – Qarabağ
- Ruhid Məmmədli – Qarabağ
- Məhəmmməd Ağamaliyev – Qarabağ
- Emil Quliyev – Neftçi
- Kənan Əzimov – Neftçi
- Yusif Kərimli – Ulduz
- Nihat Bəylərli – Ulduz
- Murad Zeynallı – Ulduz
- Xəzər Hüseynzadə – Sabah
- Həsən Məhmədov – Sabah
- Səbran Muradlı – Qarabağ
- Murad Məmmədov – Sumqayıt
- Sübhan Əlizadə – Neftçi
- Həsən Mürşüdzadə – Qarabağ
- Qafar Babayev – Neftçi
- Abbas Məmmədli – Qarabağ
- Həsən Ramazanov – Sabah
- Rəsul Qurbanlı – Ulduz
18 noyabr
12:00. Monteneqro – Azərbaycan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi.
20 noyabr
12:00. Azərbaycan – Bolqarıstan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi.
23 noyabr
15:00. Moldova – Azərbaycan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi.
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

