EN

Turistlərin ölümünə görə Türkiyədə 11 adam saxlanılıb

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

AzVision.az “IHA” agentliyinə istinadən xəbər verir ki, dünən İstanbul polisi daha əvvəl üç hotel sakininin öldüyü səbəbindən “Harbour Suites” otelini yoxlama üçün bağlayıb. “Byoçek ailəsinin ölümü ilə bağlı saxlanılanların sayı oteldə dezinfeksiya aparan şirkətin əməkdaşı və iki otel işçisi də daxil olmaqla 11 nəfərə çatıb”, - agentliyin yaydığı məlumatda deyilir. Noyabrın 15-də daha iki xarici turist İstanbulun mərkəzindəki “Harbour Suites” otelindən xəstəxanaya yerləşdirilib. Onların həyatları hazırda təhlükə altında deyil. İstanbul İl Sağlamlıq İdarəsinin müdiri Abdulla Güner Ertəsi gün turistləri müşayiət edən başqa bir qonaq xəstəxanaya yerləşdirildi, İstanbul əyalətinin Sağlamlıq İdarəsinin müdiri Abdullah Güner noyabrın 16-da həmin turistlərin müşayiətçisi olan daha bir şəxsin də xəstəxanaya müraciət etdiyini bildirib. Türkiyə mediasının ehtimalına görə, qonaqların səhhətinin pisləşməsinə kulerdən (suyu soyudan dispenser) içilən su və ya dezinfeksiyanın sonrakı nəticələri səbəb ola bilər. Hoteldə mətbəx yoxdur və qonaqlar yalnız su ilə təmin olunurlar. Amma bu ehtimallar hələ rəsmi təsdiqini tapmayıb. Xatırladaq ki, noyabrın 12-də Almaniyadan olan bir turist ailəsi qusma və halsızlıq şikayəti ilə hoteldən xəstəxanaya aparılıb. Həmin gün onlar evə buraxılıb, lakin noyabrın 13-nə keçən gecə üç və altı yaşlı uşaqların vəziyyəti kəskin pisləşib və ailə yenidən xəstəxanaya yerləşdirilib. Uşaqlar noyabrın 13-də, onların anası isə ertəsi gün dünyasını dəyişib. Ata reanimasiyaya yerləşdirilib, onun vəziyyəti kritik qiymətləndirilir. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
157
5
azvision.az

10Sources