AZ

Türkiyədə zəhərlənən ailənin daha bir üzvü ÖLDÜ

İstanbuldakı "Harbour Suites" otelində zəhərlənən ailənin dördüncü üzvü də dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə İstanbul Səhiyyə İdarəsinin müdiri Abdullah Güner bildirib.

Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən ailənin atası Servet Böcek həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, 4 nəfərlik ailənin ölümü ilə bağlı aparılan istintaqda ilk həbs qərarı da verilib. Hadisə ilə əlaqədar midye, lokum, kokoreç satıcıları və kafe sahibi həbs olunub. Bundan başqa, otelin işçiləri və oteldə dezinfeksiya aparan şirkətin əməkdaşları da daxil olmaqla ümumilikdə 11 nəfər saxlanılıb.

Seçilən
93
5
publika.az

10Mənbələr