BAKI, 17 noyabr. TELEQRAF
İstanbuldakı "Harbour Suites" otelində zəhərlənən alman turist ailəsinindördüncü üzvü dünyasını dəyişib.
Teleqraf xəbər verir ki, bu barədə İstanbul Səhiyyə İdarəsinin müdiri Abdullah Güner sosial şəbəkədə məlumat verib.
"Oteldən xəstəxanaya yerləşdirilən ailənin atası Servet Böcek iki uşağı və həyat yoldaşı ilə birlikdə həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib", - şöbə müdiri yazıb.
Noyabrın 14-də İstanbulda dörd Almaniya vətəndaşı küçə yeməklərindən zəhərlənib. Dörd nəfərlik ailətətil üçün Türkiyəyə gəlib. Onlar noyabrın 12-nə keçən gecə özlərini pis hiss etməyə başlayıblar. Onlar qida zəhərlənməsi şübhəsi ilə yerli xəstəxanaya aparılıblar. Məlum olub ki, onlar düyü və kumpir ilə midye yedikdən az sonra özlərini pis hiss ediblər.