EN

Dünyanın ən zəngin şəhərinin adı açıqlandı

Dünyanın 300 ən zəngin şəhəri məlum olub.

Publika.az "CEOWORLD Magazine" jurnalının tərtib etdiyi reytinqə istinadən xəbər verir ki, birinci yeri Yaponiyanın paytaxtı Tokio tutub.

“Tokio 2025-ci ildə növbəti dəfə Yer kürəsinin ən zəngin şəhəri seçiləcək”, - deyə nəşr yazıb.

Məlumata görə, Tokionun ÜDM-i 2,55 trilyon dollara çatıb. Ən zəngin şəhərlər siyahısında ikinci yeri 2,49 trilyon dollar ÜDM-lə Nyu-York tutur. İlk üçlüyü 1,62 trilyon dollarlıq ÜDM ilə Amerikanın başqa bir meqapolisi Los-Anceles tamamlayıb. Sonrakı yerlərdə London (1,47 trilyon dollar), Seul (1,42 trilyon dollar) və Paris (1,39 trilyon dollar) qərarlaşıb. Araşdırmada qeyd olunur ki, reytinqdə ilk on şəhər dünya ÜDM-nin təxminən üçdə birini təşkil edir.

Chosen
50
1
publika.az

4Sources