
Yaponiyanın paytaxtı Tokio şəhəri dünyanın 300 ən varlı şəhəri reytinqində birinci yeri tutub.
Yeniavaz.com xəbər verir ki, reytinq cədvəlini şəhərlərin ÜDM-nə görə “CEOWORLD Magazine” jurnalı tərtib edib.
“Tokio 2025-ci ildə növbəti dəfə Yer kürəsinin ən varlı şəhəri seçildi”, - nəşr qeyd edib.
Nəşrin məlumatına görə, Tokionun ÜDM-i 2,55 trilyon dollara çatıb.
Ən varlı şəhərlər siyahısında ikinci yeri 2,49 trilyon dollar ÜDM-lə Nyu-York tutub.
İlk üçlüyü 1,62 trilyon dollarlıq ÜDM-lə Amerikanın başqa bir meqapolisi Los-Anceles tamamlayıb.
Sonrakı yerləri London (1,47 trilyon dollar), Seul (1,42 trilyon dollar) və Paris (1,39 trilyon dollar) şəhərləri tutub.