AZ

Dünyanın ən varlı şəhəri seçildi

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

Yaponiyanın paytaxtı Tokio şəhəri dünyanın 300 ən varlı şəhəri reytinqində birinci yeri tutub.

Yeniavaz.com xəbər verir ki, reytinq cədvəlini şəhərlərin ÜDM-nə görə “CEOWORLD Magazine” jurnalı tərtib edib.

“Tokio 2025-ci ildə növbəti dəfə Yer kürəsinin ən varlı şəhəri seçildi”, - nəşr qeyd edib.

Nəşrin məlumatına görə, Tokionun ÜDM-i 2,55 trilyon dollara çatıb.

Ən varlı şəhərlər siyahısında ikinci yeri 2,49 trilyon dollar ÜDM-lə Nyu-York tutub.

İlk üçlüyü 1,62 trilyon dollarlıq ÜDM-lə Amerikanın başqa bir meqapolisi Los-Anceles tamamlayıb.

Sonrakı yerləri London (1,47 trilyon dollar), Seul (1,42 trilyon dollar) və Paris (1,39 trilyon dollar) şəhərləri tutub.

Nəşrin qeyd etdiyi kimi, reytinqdə ilk on şəhər dünya ÜDM-nin təxminən üçdə birini təşkil edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
yeniavaz.com

4Mənbələr