EN

İrəvanda silahlı şəxs banka basqın etdi

Bu gün İrəvanda silahlı şəxs bank filialına daxil olaraq xeyli miqdarda pulu oğurlayıb və hadisə yerindən qaçıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, oğurlanan məbləğ 1 milyon dramdan çoxdur (təxminən 2600 dollar).

Hadisə zamanı silahlı şəxsin Şinararner küçəsi 25 ünvanında yerləşən bank filialına boynunda lövhə ilə girdiyi bildirilir. Lövhədə belə mətn olub: “Əgər mənə pulumu verməsəniz, 20 saniyəyə partladacağam”.

Hadisə ilə bağlı istintaq aparılır, cinayətkarın axtarışları davam edir./APA


Telegram kanalımız
Chosen
26
18
yenisabah.az

10Sources