EN

Tokayev Azərbaycanın Mərkəzi Asiya üzrə Məşvərət Görüşlərinin tamhüquqlu iştirakçısı statusunun verilməsinin əhəmiyyətini qeyd edib

BAKI,TurkicWorld

Azərbaycanın Mərkəzi Asiya üzrə Məşvərət Görüşlərinin tamhüquqlu iştirakçı qismində qoşulması Daşkənddə keçirilən forumun strateji əhəmiyyətə malik hadisə statusu qazanmasına səbəb olub.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyeva göndərdiyi məktubda deyilir.

"Mərkəzi Asiya dövlət başçılarının VII Məşvərət Görüşünün təşkilinə Prezident yüksək qiymət verib. Onun sözlərinə görə, regional əməkdaşlığın bütün spektri üzrə məzmunlu müzakirələr, qəbul olunan mühüm qərar və sənədlər, eləcə də Azərbaycanın tamhüquqlu iştirakçı qismində qoşulması foruma strateji əhəmiyyətə malik hadisə statusu verib", – Qazaxıstan Prezidentinin mətbuat xidməti bildirib.

Qeyd edək ki, Mərkəzi Asiya dövlət başçılarının VII Məşvərət Görüşünün yekunları üzrə prezidentlər regional kooperasiyanın gücləndirilməsi və təhlükəsizliyin təmin olunmasına yönəlmiş bir sıra əsas sənədlər imzalayıblar. İmzalanan sənədlər arasında Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu iştirakçı qismində qoşulması barədə qərar da var.

Chosen
22
50
turkic.world

10Sources