AZ

Özbəkistan məktəbləri Azərbaycan təhsil müəssisələri ilə əməkdaşlığın inkişafında maraqlıdır

Özbəkistan STEAM təhsili sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.

Bunu Özbəkistanın Xanabad şəhəri 2 nömrəli məktəbin innovasiya və sahibkarlıq üzrə mentoru Nigora Əliyeva Bakıda keçirilən STEAM Azərbaycan (SAF 2025) Beynəlxalq Festivalının açılış mərasimi çərçivəsində Trend-ə açıqlamasında bildirib.

"Biz bu festivalda ilk dəfə iştirak edirik və yağış suyunun içməli suya çevrilməsi layihəsini təqdim edirik. Hər şey yüksək səviyyədə təşkil olunub. Ümid edirik ki, münsiflər heyəti layihəmizə diqqət yetirəcək və onun daha da inkişafına şərait yaranacaq", - deyə o bildirib.

 

Nigora Əliyeva qeyd edib ki, Xanabad şəhərinin 2 nömrəli məktəbi öz tədqiqat istiqamətləri çərçivəsində Azərbaycan məktəbləri və universitetləri ilə əməkdaşlıq qurmağı planlaşdırır.

"Biz adi ümumtəhsil məktəbiyik və layihəni irəli aparmaq üçün tərəfdaş tapmaq bizim üçün çox önəmlidir. Yerli məktəblər və universitetlərlə təcrübə mübadiləsi aparmaq, elmi və texnoloji təşəbbüsləri inkişaf etdirmək istərdik", - deyə o vurğulayıb.

Mentorun sözlərinə görə, komanda festival haqqında sosial şəbəkələr vasitəsilə məlumat əldə edib və tədbirdə iştirak beynəlxalq əlaqələrin qurulması və bilik mübadiləsi üçün yaxşı imkan yaradır.

Seçilən
26
50
day.az

10Mənbələr