AZ

Bakıda “Euronews”un yerli ofisi fəaliyyətə başlayır - Foto

Bakıda “Euronews” televiziyasının yerli ofisi fəaliyyətə başlayır...

APA xəbər verir ki, bu münasibətlə “Euronews”un ofisinin açılış mərasimi keçirilib.

Açılış mərasimində media nümayəndələri, diplomatlar və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən “Euronews”un İdarə Heyətinin sədri Pedro Vargas David bildirib ki, rəhbərlik etdiyi media qurumu Azərbaycana qarşı həmişə balanslı mövqe nümayiş etdirib və bu mövqeyə görə təzyiqlərə məruz qalıb.

Pedro Vargas David Avropanın nüfuzlu media qurumunun Bakı ofisinin açılışından məmnunluq duyduğunu qeyd edib.

Azərbaycan və “Euronews” arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Açılış mərasimi mədəni proqramla davam etdirilib.

Qeyd edək ki, “Euronews” 1993-cü il yanvarın 1-də yaradılıb.

Poliqon.info

Seçilən
21
14
poliqon.info

10Mənbələr