EN

Hindistan və Britaniya birgə hərbi təlimlərə başladı

Hindistan və Böyük Britaniya "Ajeya Warrior-2025" adlı birgə antiterror təlimlərinə başlayıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, 14 günlük təlimlər Hindistanın Racastxan ştatındakı Mahacan poliqonunda keçirilir.

Təlimlərdə hər iki ölkədən 240 hərbi qulluqçu iştirak edir.

Manevrlər taktiki hazırlığın artırılması və mürəkkəb şəraitdə antiterror əməliyyatlarının keçirilməsi zamanı koordinasiyalı fəaliyyətlərin işlənməsi məqsədilə keçirilir.

2011-ci ildən başlayaraq hər iki ildən bir keçirilən "Ajeya Warrior" manevrləri Hindistan və Böyük Britaniya ordularının strateji müdafiə əməkdaşlığı çərçivəsində genişmiqyaslı qarşılıqlı fəaliyyətinin mühüm elementi hesab olunur./Report


Telegram kanalımız
Chosen
85
50
yenisabah.az

10Sources