EN

VI İslam Həmrəyliyi Oyunları: Həsrət Cəfərov finala yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finala yüksəlib.

Fanat.Az xəbər verir ki, idmançı yarımfinalda misirli Mohamed Abdelrehimə 4:1 hesabı ilə üstələyib.

Nihat Məmmədli (60 kq) 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə uduzub - 0:3. Ülvü Qənizadə 1/8 finalda iranlı Amir Abdiyə yenilib - 0:9. Rəqibi finala vəsiqə qazandığı üçün Qənizadə təsəlliverici görüşdə iştirak edəcək.

İslam Abbasov (87 kq) isə 1/4 finalda iranlı Qulamreza Faroxisencaniyə məğlub olub - 0:3.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
 

Chosen
28
7
fanat.az

10Sources