EN

Ekspert: Azərbaycan saytları eyni səbəbdən açılmır Saytların özündə, serverlərdə problem yoxdur

ain.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təxminən bir saatdan çoxdur Azərbaycanda bir çox saytlara girişdə problem yaranıb. 

Bəs nə baş verir?

Mia.az xəbər verir ki, bu barədə ekspert Osman Gündüz sosial hesabında yazıb:

“Cloudflare” çöküb. Bir çox saytlar, o cümlədən Azərbaycan resursları açılmır. Bu gün “Cloudflare”in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq baş verib. “Cloudflare”in xidmətlərində yaranan problem nəticəsində dünyanın müxtəlif ölkələrində çoxlu sayda sayt açılmır, “Cloudflare Error” tipli xətalar görünür.

“Cloudflare” üzərindən işləyən bir çox Azərbaycan saytları da eyni səbəbdən açılmır və səhv mesajları göstərir. Saytların özündə, serverlərdə problem yoxdur. Trafik “Cloudflare”dən keçmədiyi üçün müvəqqəti əlçatmaz görünürlər.

“Cloudflare” qlobal miqyasda kəsintini aradan qaldırmaq üzərində işləyir. Problemin qısa zamanda həll olunacağı gözlənilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
4
mia.az

10Sources