EN

Zakir Nuriyev:Bank sektorunun aktivləri tarixi maksimuma həddə çatıb

2025-ci ilin üçüncü rübünün sonuna bank sektorunun aktivləri 12 aylıq müqayisədə 10.4% artaraq 56.1 milyard manata çatıb və tarixi həddi ilk dəfə ötüb.

Teleqraf xəbər verir ki, bunu Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev 9-cu Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Bu artımda əsas pay aktivlərin yarıdan çoxunu təşkil edən kredit portfelinə məxsusdur. Analoji dövrdə kredit portfeli 9.6% artaraq 29.3 milyard manata yüksəlib. Biznes kreditlərinin qalıq həcmi isə 1.1 milyard manat artaraq 15.5 milyard manat təşkil edib.

Hesabat dövründə banklardakı fiziki şəxslərin əmanətləri 15.4 milyard manat, müddətli əmanətlər isə 9.7 milyard manat səviyyəsində olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11% və 18% artım deməkdir. Ev təsərrüfatlarının əmanətlərində dollarlaşma səviyyəsi isə 34.6%-dən 32.3%-ə enib.

Eyni zamanda, bankların kapitalı illik müqayisədə 14% artaraq 7.2 milyard manata yüksəlib. Cari ilin ilk üç rübünün yekunlarına əsasən, bank sektorunun xalis mənfəəti 8.2% artaraq 911 milyon manat olub.

Chosen
74
2
teleqraf.com

6Sources