AZ

“Bank sektorunun aktivləri ilk dəfə tarixi həddə çatıb”-

2025-ci ilin üçüncü rübünün sonuna bank sektorunun aktivləri 12 aylıq müqayisədə 10,4% artaraq tarixi həddi ilk dəfə keçib və 56,1 milyard manata yüksəlib”.Metbuat.az xəbər verir ki, bunu IX Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib. Onun sözlərinə görə, bu artımda əsas pay aktivlərin yarıdan çoxunu təşkil edən kredit portfelinə məxsusdur. Analoji dövrdə kredit portfeli 9,6% artaraq 29,3 milyard manata çatıb. Biznes kreditlərinin qalıq həcmi də 1,1 milyard manat artaraq 15,5 milyard manata yüksəlib:Hesabat dövründə banklarda fiziki şəxslərin əmanətləri 15,4 milyard manat, müddətli əmanətlər isə 9,7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11% və 18% artım deməkdir. Ev təsərrüfatlarının əmanətlərində dollarlaşma səviyyəsi 34,6%-dən 32,3%-ə enib.

Bu dövrdə bankların kapitalı illik müqayisədə 14% artaraq 7,2 milyard manata yüksəlib. Cari ilin ilk üç rübünün yekunlarına əsasən, bank sektorunun xalis mənfəəti də 8,2% artaraq 911 milyon manata çatıb”.

Seçilən
23
2
metbuat.az

6Mənbələr