EN

Uolts: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır

ABŞ Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq etməyə hazırdır və Ukraynaya silah tədarük etməyə davam edəcək.

APA xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında bildirib.

O, ABŞ-ın Rusiya atəşkəs çağırışlarını qulaqardına vurmağa davam edəcəyi təqdirdə ona əlavə təzyiq göstərməyə hazır olduğunu vurğulayıb.

"Biz həmçinin Ukraynanın müdafiəsi üçün silah tədarük etməyə davam edəcəyik", - Uolts əlavə edib.

Chosen
66
2
apa.az

3Sources