AZ

ABŞ Moskvanı yola gətirmək üçün əlavə sanksiyalar tətbiq etməyə hazırdır 

ABŞ Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq etməyə və Ukraynaya silah tədarük etməyə davam edəcək.

Musavat.com xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.

O vurğulayıb ki, ABŞ Rusiya "atəşkəs çağırışlarını qulaqardına vurmağa davam edərsə", ona daha da təzyiq göstərməyə hazırdır:

"Biz həmçinin Ukraynanın müdafiəsi üçün silah tədarük etməyə davam edəcəyik".

Uolts onu da bildirib ki, hər iki tərəf sülh əldə etmək üçün çalışmalıdır.

Musavat.com

Seçilən
17
2
musavat.com

3Mənbələr