AZ

ABŞ Moskvanı yola gətirmək üçün əlavə sanksiyalar tətbiq etməyə hazırdır

ABŞ Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq etməyə və Ukraynaya silah tədarük etməyə davam edəcək.

Bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.

O vurğulayıb ki, ABŞ Rusiya "atəşkəs çağırışlarını qulaqardına vurmağa davam edərsə", ona daha da təzyiq göstərməyə hazırdır:

"Biz həmçinin Ukraynanın müdafiəsi üçün silah tədarük etməyə davam edəcəyik".

Uolts onu da bildirib ki, hər iki tərəf sülh əldə etmək üçün çalışmalıdır.

Seçilən
7
2
herbiand.az

3Mənbələr