ABŞ Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq etməyə və Ukraynaya silah tədarük etməyə davam edəcək.
Bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.
O vurğulayıb ki, ABŞ Rusiya "atəşkəs çağırışlarını qulaqardına vurmağa davam edərsə", ona daha da təzyiq göstərməyə hazırdır:
"Biz həmçinin Ukraynanın müdafiəsi üçün silah tədarük etməyə davam edəcəyik".
Uolts onu da bildirib ki, hər iki tərəf sülh əldə etmək üçün çalışmalıdır.