EN

1000 manata qədər maaş alanlar vergilərdən azad olunsun

"Hazırda Azərbaycanda ərzaq məhsullarının qiyməti xeyli dərəcədə artıb. Keyfiyyətli yağ, ət yoxsul insanlar üçün əlçatmaz olub".

"Unikal' xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, gələn ildən 2500 manata qədər maaş alan şəxslər üçün 3% vergi dərəcəsi müəyyənləşir: "Hesab edirəm ki, 1000 manata qədər maaş alanlar bütün növ vergilərdən azad olunsun. Yoxsul təbəqəni müdafiə etmək lazımdır".

Anar Kəlbiyev

Chosen
45
1
unikal.az

2Sources