EN

Avropa liderləri ABŞ-ın Ukrayna planını rədd etdi - ən azı dörd maddə dəyişdirilməlidir…


Avropadakı Ukrayna tərəfdarları ABŞ-ın hazırladığı 28 maddəlik sülh planını hazırkı formada rədd ediblər. Liderlərin fikrincə, planın dəyişdirilməli olan ən azı dörd bəndi var. Onların sözlərinə görə, sərhədlər güc yolu ilə dəyişdirilə bilməz.

Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Ukrayna prezidenti Zelenski Avropa dövlətləri, Aİ və ya NATO-nu maraqlandıran hər hansı bir razılaşmanın Avropa müttəfiqlərinin təsdiqi və ya müttəfiqlər arasında konsensus olmadan qüvvədə olmayacağını vurğulayıblar.

Liderlərin fikrincə, planın dəyişdirilməli olan ən azı dörd bəndi var. Avropalılar Trampın Ukraynanın strateji əhəmiyyətli bölgələrini Rusiyaya verməsini və Ukrayna ordusunun sayının azaldılmasını tələb edən təkliflərini rədd edirlər. Bundan əlavə, Rusiyanın Ukraynaya verəcəyi təhlükəsizlik zəmanətlərinin etibarlılığı və Trampın dondurulmuş Rusiya aktivləri ilə planlaşdırdığı investisiyalar tənqid olunur.

"Ukrayna çökərsə, bu, bütün Avropa qitəsinə təsir edəcək" deyən Merz bildirib ki, müharibə yalnız Ukraynanın razılığı ilə başa çatdırıla bilər.

TAHİR

Chosen
88
35
baki-xeber.com

10Sources