AZ

Müharibədən sonra Qərb Ukrayna üçün nələr edəcək? Kallas açıqladı

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı müharibədən sonra Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində müdafiə sənayesi üçün maliyyələşdirmə, təlim və dəstək rolunu oynayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

Kallas bildirib ki, Aİ millətlərarası bir struktur olaraq Ukraynanın təhlükəsizliyinin təmin edilməsində fəal rol oynayacaq və hazırda bu zəmanətlərin detalları üzərində işlər gedir.

O vurğulayıb ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri verilməsinə baxmayaraq, əsas təhlükə hələ də Rusiyadır. Kallasın sözlərinə görə, son 100 ildə Rusiya 19-dan çox ölkəyə hücum edib, halbuki həmin ölkələr heç vaxt Rusiyaya təcavüz göstərməyiblər.

Buna görə də hər hansı sülh müqaviləsi Rusiya tərəfindən təcavüzün dayandırılmasına və sərhədlərin zorla dəyişdirilməsinə cəhdlərin qarşısının alınmasına yönəlməlidir. Kallas bildirib ki, diqqət Ukraynanın nəyi qurban verməli olduğuna deyil, təcavüzkar Rusiyanın məsuliyyətinə yönəlməlidir.

Ali nümayəndə yekun olaraq Aİ prinsiplərini bir daha təsdiqləyib: “Suverenlik, müstəqillik, ərazi bütövlüyü və Ukraynanın ayrılmaz özünümüdafiə hüququ əsasdır. Ukraynasız Ukrayna haqqında danışmaq mümkünsüzdür” – Kallas vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
117
35
globalinfo.az

10Mənbələr