AZ

Rusiya son yüz ildə 19 ölkəyə hücum edib

BAKI, 15 dekabr. TELEQRAF

Rusiya son yüz ildə ən azı 19 ölkəyə hücum edib.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Rusiya son yüz ildə ən azı 19 ölkəyə, bəzilərinə hətta üç-dörd dəfə hücum edib. Halbuki bu ölkələrin heç biri Rusiyaya hücum etməmişdi. Buna görə də, hər kəsin təhlükəsizlik zəmanətinə ehtiyacı var”, - o bildirib.

Seçilən
56
16
teleqraf.com

10Mənbələr