AZ

Kallas Kiyevə çağırış etdi: “Donbası verməyin!”

AzVision.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümyayəndəsi Kaya Kallas birliyə daxil olan ölkələrin Xarici İşlər nazirlərinin iclasından əvvəl belə deyib.

“Donbass Putinin son məqsədi deyil. Əgər Donbası ələ keçirsələr, qala yıxılacaq və sonra mütləq bütün Ukraynanı ələ keçirməyə davam edəcəklər. Ukrayna Donbası tərk etsə, digər bölgələr də təhlükə altına düşəcək. Biz bunu tarixdən bilirik və bundan dərs almalıyıq. Davamlı sülh üçün təcavüzkarın könlünü almaqlazım deyil”,- Aİ diplomatiyasının rəhbəri vurğulayıb.

WSJ:“ABŞ Kiyevə güzəştə getmək fikrində deyil”
Ukrayna üçün potensial təhlükəsizlik təminatlarından danışan siyasətçi qeyd edib ki, bunlar kağız və ya vəd olmamalıdır. Bunlar əsl qoşunlar və imkanlar olmalıdır ki, Ukrayna özünü müdafiə edə bilsin.

- Artıq dediyim kimi, son yüz ildə Rusiya ən azı on doqquz ölkəyə, bəzilərinə isə hətta üç-dörd dəfə hücum edib. Bu ölkələrin heç biri Rusiyaya hücum etməyib, ona görə də Rusiyanın heç bir təhlükəsizlik zəmanətinə ehtiyacı yoxdur”,- Kaya Kallas deyib.

Aİ diplomatiyasının rəhbəri bu həftənin Ukraynanın maliyyələşdirilməsi məsələsinin həllində“çox vacib” və masada“bir neçə variantın”olduğunu da diqqətə çatdırıb.

“Ən etibarlı variant təzminat kreditidir və biz bunun üzərində işləyirik. Hədəfimizə hələ çatmamışıq və bu getdikcə çətinləşir, amma bunun üzərində işləyirik. Hələ bir neçə günümüz var”, - Kaya Kallas söyləyib.

Xatırladaq ki, dekabrın 14-də Berlində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında davam edən 5 saatlıq danışıqlardan sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff “əhəmiyyətli irəliləyiş” əldə olunduğunu bildirib.

Bununla belə, görüşün gedişatından məlumatlı olan mənbəyə istinad edən “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, ABŞ “sülh planı” müstəvisində Ukraynaya güzəştə getmək istəmir və dünən Berlində aparılan danışıqlar çətin keçib.

Eyni zamanda, Rusiyanın Mərkəzi Bankı (RMB) dondurulmuş Rusiya aktivlərinin əsas hissəsinin saxlandığı Belçikanın “Euroclear” bankına qarşıMoskva Arbitraj Məhkəməsində iddia qaldırdığını açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
87
16
azvision.az

10Mənbələr