EN

"Neftçi" Samir Abasovu istefaya göndərdi

"Neftçi" baş məşqçisi Samir Abasovu istefaya göndərib.
ONN media xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışı olub.
Paytaxt klubunun rəhbərliyi ötən gün Azərbaycan Premyer Liqasının XII turunda evdə "İmişli"yə 2:3 hesablı məğlubiyyətdən sonra 47 yaşlı mütəxəssislə bağlı fikrini qətiləşdirib və müqaviləyə xitam verilib.
Qeyd edək ki, Samir Abasov 2024-cü ilin oktyabrından "Neftçi"nin baş məşqçisi idi. O, daha əvvəl 2020-2022-ci illərdə də "ağ-qaralar"ı çalışdırıb.
Chosen
89
50
onn.az

10Sources