AZ

Vernidub “Neftçi”də bu qədər maaş alacaq – Fantastik məbləğ

Ukraynalı məşqçi Yuri Vernidub bu gün, dekabrın 9-da “Neftçi” klubun baş məşqçisi kimi təqdim olunacaq.

MilliTv.NET xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Xəbər verdiyimiz kimi, Vernidub komandası ilə artıq Azərbaycana gəlib. Ötən gün yeni klubunun “Sabah”a qarşı keçirdiyi çempionat oyununu (0:2) izləyib.

59 yaşlı mütəxəssisin “Neftçi” ilə müqaviləsi 1,5 il müddətinə imzalanacaq. O, yeni klubunda ayda 50 min dollar qazanacaq.

Qeyd edək ki, hazırda “Neftçi” 14 oyundan sonra 16 xalla 8-ci yerdə qərarlaşıb.

Seçilən
22
1
millitv.net

10Mənbələr