AZ

Vernidub "Neftçi"də bu qədər maaş alacaq

Ukraynalı məşqçi Yuri Vernidub bu gün, dekabrın 9-da "Neftçi" klubun baş məşqçisi kimi təqdim olunacaq.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Xəbər verdiyimiz kimi, Vernidub komandası ilə artıq Azərbaycana gəlib. Ötən gün yeni klubunun "Sabah"a qarşı keçirdiyi çempionat oyununu (0:2) izləyib.

59 yaşlı mütəxəssisin "Neftçi" ilə müqaviləsi 1,5 il müddətinə imzalanacaq. O, yeni klubunda ayda 50 min dollar qazanacaq.

Seçilən
32
1
publika.az

10Mənbələr