EN

"Napoli" ilə oyunda bu qədər "Qarabağ" azarkeşi olacaq

"Qarabağ" komandasını İtaliyada "Napoli"yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda 1000-dən çox azarkeş dəstəkləyəcək.

Aktual.az xəbər verir ki, bu barədə Report-a "köhlən atlar"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

"Napoli"yə qarşı matçda tribunada 1100 azərbaycanlı fanat olacaq", - klub rəsmisi vurğulayıb.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, saat 00:00-da start götürəcək.

Chosen
81
12
ulusum.az

10Sources