Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Konyaspor” – “Antalyaspor” matçında tərəflər meydanı qolsuz tərk ediblər. 7 qolun qeydə alındığı “Başakşəhər” – “Trabzonspor” oyununda isə qonaqlar çətin qələbəyə seviniblər.
Beləliklə, 13 turdan sonra 32 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 31 xalla ikinci, “Trabzonspor” 28 xalla üçüncü pillədə qərarlaşıb.
Türkiyə, Super Liqa
13-cü tur
22 noyabr
Kayserispor – Qaziantep 0:3
Qollar: Maksim, 39-pen. Bayo, 45.
Eyüpspor – Karagümrük 1:1
Qollar: Akbaba, 66 – Kranevitter, 90.
Qalatasaray – Gənclərbirliyi 3:2
Qollar: İkardi, 55. B.A.Yılmaz, 57. İ.Gündoğan, 66 – Nyanq, 22. M.Mimaroğlu, 77.
23 noyabr
Göztəpə – Kocaelispor 0:0
Alanyaspor – Kasımpaşa 1:2
Qollar: Hvanq, 45+2 – Qeye, 48; 52.
Beşiktaş – Samsunspor 1:1
Qollar: C.Ünder, 57-pen – Ndiaye, 66.
Rizəspor – Fənərbağça 2:5
Qollar: Sou, 6. Laci, 15 – Asensio, 54; 65. Talişka, 58. En Nesiri, 78. Braun, 88.
24 noyabr
Konyaspor – Antalyaspor 0:0
Başakşəhər – Trabzonspor 3:4
Qollar: Selke, 22-pen. Şomurodov, 45. B.Yıldırım, 90+1 – F.Auqusto, 37. Onuaçu, 76-pen. Muçi, 77; 90+11.
