EN

ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb? MM də kritik sual

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Mediada xəbər yayılıb ki, ABŞ bizim Yunanıstan üzərindən Ukraynaya qaz satmağımızın qarşısını alıb. Bu barədə görüşdə danışıldımı?”

Globalinfo.az xəbər verir ki, bu sualı Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev ABŞ səfərindən qayıdan həmkarı Səməd Seyidova ünvanlayıb.

Deputatı Səməd Seyidov isə cavabında belə deyib:

“Azərbaycan bu gün yalnız Amerika Birləşmiş Ştatları üçün deyil, həm də öz enerji siyasəti ilə Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən birinə çevrilib. Enerji nöqteyi-nəzərindən, xüsusilə konkret sahələrlə bağlı — məsələn, enerji tranziti, neft və qaz istehsalı, eləcə də Azərbaycanın qonşu ölkələrlə münasibətlərinə dair — biz çox dərin, mənalı və məhsuldar söhbətlər aparmışıq.

Bütün bu müzakirələr Azərbaycanın milli maraqları və Amerika Birləşmiş Ştatlarının milli maraqları çərçivəsində həyata keçirilib. Qüdrət müəllim istəyərsə, bu mövzuları geniş və ətraflı şəkildə açıqlamaq üçün bizim çox böyük imkanlarımız var. Müzakirəmizi daha sonra davam etdirə bilərik.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
4
globalinfo.az

5Sources