EN

Aİ-nin mövqeyi dəyişmədi: Rusiyaya əlavə sanksiya və Kiyevə hərbi dəstək!

Aİ-nin mövqeyi dəyişmədi: Rusiyaya əlavə sanksiya və Kiyevə hərbi dəstək!

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ukrayna ilə bağlı aparılan təcili videomüşavirədən sonra birgə mövqelərini yenidən təsdiqləyiblər.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, nazirlər həm dərhal atəşkəsə çağırış, həm də Rusiyaya əlavə sanksiya və Kiyevə hərbi dəstəyin artırılması məsələlərində əvvəlki mövqelərini dəyişməz saxlayıblar.

Kallasın sözlərinə görə, Aİ ölkələri ABŞ-ın Ukraynaya dair sülh təşəbbüsünə münasibətdə də əvvəlki mövqedə qalıb. Nazirlər Rusiyaya təzyiqin gücləndirilməsini, Ukraynaya daha çox hərbi yardımın göstərilməsini və Kiyevin hansısa ərazi güzəşti etməsinə qarşı çıxıblar. Eyni zamanda Aİ ölkələri Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını dəstəkləməyiblər.

Kallas əlavə edib ki, Ukraynanın Aİ və NATO-ya inteqrasiya məsələsi yalnız həmin strukturların və üzv ölkələrin qərarına bağlıdır.

Görüşdə həmçinin Rusiyaya məxsus aktivlərin müsadirəsi və onların “reparasiya krediti” adı altında Ukraynanın maliyyələşdirilməsinə yönəldilməsi müzakirə olunub. Kallasın sözlərinə görə, Avropa Komissiyası bu variantı hələ də Kiyevin maliyyə dəstəyini davam etdirmək üçün “ən optimal” yol hesab edir.

Chosen
36
35
afn.az

10Sources