EN

Volodimir Zelenski: Ukrayna hava hücumundan müdafiə sisteminin istehsalını planlaşdırır

Kiyev, 27 noyabr, AZƏRTAC

Ukrayna dron tutan aparatların istehsalını genişləndirəcək, müstəqil olaraq qısa və ortamənzilli hava hücumundan müdafiə sistemləri istehsal edəcək. Ukrayna bu məsələdə tərəfdaşlarından asılı olmamalıdır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin xalqa müraciətində bildirib.

Zelenski qeyd edib ki, hava hücumundan müdafiə sistemi gündəlik olaraq Rusiyanın raket və dronlarının məhv edilməsi üçün vacibdir. Müdafiə Nazirliyi və komandanlıq dron tutan aparatların istehsalını maksimum genişləndirəcək.

Zelenski əlavə edib ki, bu sahə ilə məşğul olan hər kəs istehsalın qurulmasına şəxsən cavabdeh olacaq.

“Ukraynalılar qlobal bazarda və ya tərəfdaş anbarlarda nə isə tapmaqdan asılı olmamalıdırlar. İstehsal tapşırıqları vaxtında yerinə yetirilməlidir və buna görə bütün səviyyələrdə şəxsi məsuliyyət qorunmalıdır”, deyə Zelenski bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

Chosen
60
3
azertag.az

5Sources