EN

Bu il yeni doğulan uşaqlara ən çox hansı adlar qoyulub?

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il yeni doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, cari ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Melisa adı qoyulub.

Uşaqlara ən çox qoyulan oğlan adları siyahısında ilk onluqda Uğur (1 569), Raul (1 166), Hüseyn (1 050), Əli (1 028), Yusif (986), Miran (746), Ömər (692), Ayxan (675), Tunar (625), Murad (607) adları yer alıb.

Qız uşaqlarına qoyulan adlar siyahısında ilk onluqda Melisa (1 073), Zeynəb (1 015), Məryəm (1 014), Nilay (993), Aylin (964), Ayla (944), Zəhra (942), İnci (846), Alisa (835), Fatimə (715) yer alıb.

Son beş ildə oğlanlara ən çox Uğur (8 721), qızlara isə Zəhra (7 629) adı qoyulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
86
4
baku.ws

4Sources