Bizim media saytına istinadən ain.az xəbər verir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Əlaçı” televiziya layihəsinin 10-cu siniflər arasında keçirilən bilik yarışı Qusar təhsilinin növbəti nailiyyəti ilə yadda qalıb.Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Qusar şəhəri Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Tural Araz oğlu Sultanov yarışmanın qalibi olub.Qeyd edilib ki, cari ildə “Əlaçı” müsabiqəsinin 10-cu siniflər üzrə Quba şəhərində keçirilmiş birinci mərhələsində regionun 5 rayonundan seçilmiş istedadlı şagirdlər arasında yüksək nəticə göstərmiş 9 şagird Respublika mərhələsinə vəsiqə qazanıb. Onların 5-i Qusar şəhər 1 saylı məktəbin şagirdləridir.Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.