ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Kiyev nümayəndə heyəti Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üzrə sülh planını əlavə müzakirə etmək üçün ABŞ-yə səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.
"Ukrayna nümayəndə heyəti prezident Donald Trampın təklif etdiyi sülh planını müzakirə etmək üçün ABŞ- yə gedir", - bəyanatda deyilir.
Qeyd olunur ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Rustem Umerov və xarici işlər nazirinin birinci müavini Serhiy Kyslytsya da daxil olmaqla bir qrup Floridada ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Jared Kuşnerlə görüşəcək.
Gülayə Mecid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.