Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.
Quba və Qusar rayonlarının yarısı işıqsız qalıb. Bunun səbəbi təxminən 35 yaşlı kişinin 35 kilovoltluq elektrik dirəyinə çıxması olub. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində Qubadan Qusara enerji verən "Quba-1" xəttində enerji təminatı dayandırılıb.Hazırda polis və digər aidiyyəti qurumlar şəxslə danışıq apararaq onu yerə düşürməyə çalışırlar. Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.